...

Azərbaycan İranda alternativ enerji üzrə layihələr həyata keçirəcək

Cəmiyyət Materials 11 May 2015 12:30 (UTC +04:00)
Bakı və Tehran İran ərazisində alternativ enerji sahəsində iki layihənin reallaşdırılması barədə danışıqlar aparırlar.
Azərbaycan İranda alternativ enerji üzrə layihələr həyata keçirəcək

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Maksim Tsurkov/

Bakı və Tehran İran ərazisində alternativ enerji sahəsində iki layihənin reallaşdırılması barədə danışıqlar aparırlar. Bunu Trend-ə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, hazırda Dövlət Agentliyi bu məsələ barədə İran Energetika Nazirliyi ilə danışıqlar aparır: "Dövlət Agentliyi və İran Energetika Nazirliyi arasında iki layihənin reallaşdırılmasına başlayacağımıza dair memorandum imzalanıb. Onlardan biri Xorasan vilayətinin Xaf şəhəri yaxınlığındakı külək parklarının yaradılması, digəri isə Şərqi Azərbaycan əyalətində geotermal elektrik stansiyasının inşası ilə bağlıdır.

C.Məlikov qeyd edib ki, geotermal elektrik stansiyasının planlaşdırılan gücü 250 meqavatadək təşkil edir: "Bu elektrik enerjisini İranın daxili bazarında reallaşdırmaq sərfəlidir, çünki bu ölkədə onun tarifləri olduqca yüksəkdir. Digər tərəfdən, daxili bazarda elektrik enerjisini satmaqla onun qarşılığında sərfəli qiymətə qaz əldə etmək olar. Qazı sonra Naxçıvana, Azərbaycanın digər rayonlarına və hətta dünya bazarına ixrac etmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti