...

Səyahətə gedən vətəndaşların nəzərinə

Cəmiyyət Materials 7 May 2015 16:25 (UTC +04:00)
Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur.
Səyahətə gedən vətəndaşların nəzərinə

Azərbaycan, Bakı, 7 may /Trend/

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur.

Trend-in məlumatına görə, bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi bir daha əhalinin nəzərinə çatdırır ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini, "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana fəaliyyətinə lisenziya (xüsusi razılıq) verilmiş obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti