...

Bayram Səfərov Azərbaycana könüllü keçən ermənilərə milli pasportun verilməsi məsələsinə münasibət bildirdi

Cəmiyyət Materials 8 May 2015 12:25 (UTC +04:00)
Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan tərəfə könüllü keçən ermənilərə Azərbaycan pasportunun verilməsi məsələsinə münasibət bildirib.
Bayram Səfərov Azərbaycana könüllü keçən ermənilərə milli pasportun verilməsi məsələsinə münasibət bildirdi

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Elçin Mehdiyev/

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan tərəfə könüllü keçən ermənilərə milli pasportun verilməsi məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, B.Səfərov jurnalistlərə bildirib ki, Azərbaycanda yaşamağı seçən ermənilər ölkə qanunlarına hörmət etməlidirlər: "Əgər Milli Məclis pasport məsələsi ilə bağlı qərar verərsə, mən də bununla razılaşacam. Biz demirik ki, erməni Qarabağda yaşamasın. Ancaq Azərbaycan qanunlarına, Konstitusiyasına, xalqımıza hörmət edərək yaşasınlar. Bütün ermənilər müharibə istəməyib. Ancaq orada onları bu günkü Ermənistan hakimiyyəti təzyiq altında saxlayır".

B.Səfərov qeyd edib ki, hazırkı Ermənistan rəhbərliyi cinayətkardır: "Ona görə də onlar Azərbaycan tərəfi ilə münasibət qurmaq istəyən, sülh istəyən, danışıq aparan insanları cəzalandırırlar. Ağlı olan erməni cinayətkar rəhbərdən canını qurtarar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti