...

IDEA “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirib (FOTO)

Cəmiyyət Materials 18 May 2015 13:24 (UTC +04:00)
Mayın 16-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-8 yaşlarında olan uşaqlar üçün enerji mövzusuna həsr olunmuş növbəti təlim keçirilib.
IDEA “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirib (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Mayın 16-da IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-8 yaşlarında olan uşaqlar üçün enerji mövzusuna həsr olunmuş növbəti təlim keçirilib.

İDEA-dan Trend-ə verilən məlumata görə, təlim zamanı uşaqlara elektrik enerjisi, alternativ enerji mənbələri haqqında ümumi məlumatlar verilib, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılıb. "Kiçik ekoloqlar", həmçinin elektrik təhlükəsizliyi tədbirləri ilə də tanış olublar.

Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə, bir sıra sınaqların keçirilməsində iştirak edib, limon, kartof və almadan enerjinin alınması prosesinin əyani şahidi olublar. Sonra "Eko laboratoriya"nın iştirakçıları alternativ enerji ilə işləyən robotlarla oynamaq imkanı əldə ediblər.

IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca beşinci təlim olan May laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də enerjinin insan həyatındakı rolunu dərk etmələrinə yardım edib.

"Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti