...

İslam Konfransı Gənclər Forumunun nüfuzu artır (FOTO)

Cəmiyyət Materials 29 May 2015 16:41 (UTC +04:00)
İslam Konfransı Gənclər Forumu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Gənclər və İdman Nazirlərinin 3-cü Konfransını təşkil edəcək.
İslam Konfransı Gənclər Forumunun nüfuzu artır (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlkin İzzət/

İslam Konfransı Gənclər Forumu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Gənclər və İdman Nazirlərinin 3-cü Konfransını təşkil edəcək.

Forumdan Trend-ə bildiriblər ki, 27-28 may tarixlərində Küveytdə keçirilən İƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 42-ci sessiyasının gedişi çərçivəsində təşkilatın Baş Katibliyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşəbbüsü ilə İƏT-in gənclər sahəsində birgə fəaliyyətinə dair əməkdaşlıq haqqında memorandum imzalanıb.

İƏT-in baş katibi İyad bin Amin Mədəni, DƏ-İKGF-nin sədri Elşad İskəndərov, eləcə də İSESKO, İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) və Müsəlman Skautlar Beynəlxalq İttifaqı tərəfindən imzalanan sənədə əsasən, DƏ-İKGF İƏT-in gənclər siyasəti sahəsində əsas partnyor qurumu kimi təsdiq edilib.

Həmçinin, DƏ-İKGF İƏT Gənclər və İdman Nazirləri konfranslarının təşkili məqsədilə İƏT Baş Katibliyi və İHİF-in də nümayəndələrinin iştirak etdiyi Təşkilat Komitəsinə daxil edilib.

Xarici İşlər Nazirləri Konfransının digər qərarı ilə 2016-ci ildə Türkiyədə keçirilməsi qərarlaşdırılmış İƏT Gənclər və İdman Nazirlərinin 3-cü Konfransının təşkili İKGF və ev sahibi qismində Türkiyə Gənclər və İdman Nazirliyinə həvalə edilib. Bu məqsədlə 2 qurum arasında bu ilin aprel ayında əməkdaşlıq memorandumu da imzalanıb.

İmza mərasimində çıxış edən İyad bin Amin Mədəni DƏ-İKGF-yə gənclər sahəsindəki effektiv fəaliyyətinə görə təşəkkür edib və imzalanan sənədin İƏT çərçivəsində gənclərlə bağlı fəaliyyətlərin koordinasiyası baxımından vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti