...

BDU-da istehsalat çöl təcrübəsinə start verilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2015 14:59 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) müvafiq ixtisasların xüsusiyyətlərindən asılı olaraq istehsalat çöl təcrübəsinə start verilib.
BDU-da istehsalat çöl təcrübəsinə start verilib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Bakı Dövlət Universitetində (BDU) müvafiq ixtisasların xüsusiyyətlərindən asılı olaraq istehsalat çöl təcrübəsinə start verilib.

BDU-nun ictimaiyyətlə məlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Universitetin rektoru, akademik Abel Məhərrəmov təcrübəyə gedən tələbələrlə görüşərək, onlara uğurlar azulayıb.

Sonra universitetin biologiya, ekologiya və torpaqşünaslıq, geologiya, coğrafiya fakültələrinin tələbələri prorektorların və fakültə dekanlarının rəhbərliyi altında təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Qubada yerləşən Tədris, təcrübə və istirahət mərkəzinə yola salınıblar.
Təcrübə fakültələr üzrə mərhələli şəkildə davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti