...

Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsində son vəziyyət açıqlandı

Cəmiyyət Materials 2 İyun 2015 18:00 (UTC +04:00)
Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı lazımi addımların əhəmiyyətli hissəsi atılıb.
Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsində son vəziyyət açıqlandı

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı lazımi addımların əhəmiyyətli hissəsi atılıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov deyib ki, bu yaxınlarda Nazirlər Kabineti tərəfindən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi üzrə qaydalar müəyyən ediləcək.

Onun sözlərinə görə, bu sahədə insanları narahat edən problemlərin həll edilməsinə çalışılır: "Həmin qaydalar əsasında da dərmanların qiymətləri tənzimlənəcək. Artıq işlərin əksər hissəsi görülüb. Əlbəttə qeyd etmək lazımdır ki, bu o qədər də asan deyil. Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı lazımi işlər görülür. Qaydalar qəbul olunandan sonra biz çalışacayıq ki, dərmanların qiymətləri sahəsində vətəndaşları narahat edən problemlər aradan qaldırılsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti