...

Azərbaycan Tibb Universitetinin könüllü donorları qan veriblər (FOTO)

Cəmiyyət Materials 15 İyun 2015 12:46 (UTC +04:00)
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında könüllü donorlar qan veriblər.
Azərbaycan Tibb Universitetinin könüllü donorları qan veriblər (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında könüllü donorlar qan veriblər.

Universitetdən Trend-ə verilən məlumata görə, Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyanın məqsədi donor qanına ehtiyacı olan insanlara yardım etməkdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tibb Universiteti komitəsinin sədri Şahrud Əhmədovun sözlərinə görə, aksiyada iştirak edən könüllü donorlar müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara qanlarını veriblər: "Bu kimi tədbirləri silsilə şəklində keçiririk. Bu, bizim artıq ikinci aksiyamızdır və davamı olacaq".

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qan Bankının müdiri Sevda Quliyeva isə bildirib ki, aksiyada iştirak üçün müraciət edən könüllü donorlar ilk növbədə müayinə olunurlar: "Onların hər birinin analizləri toplanılır. Əgər səhhətlərində hər hansı bir problem yoxdursa, onlardan qan götürülür".

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "İcmaya əsaslanan sağlamlıq" proqramının rəhbəri Mətanət Qaraxanova belə bir tədbirin keçirilməsinə razılıq verdiyi üçün ATU rəhbərliyinə təşəkkür edib.

Onun sözlərinə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkəmizdə dövlətə yardımçı rolu oynayan qeyri-hökumət təşkilatıdır: "Biz bir çox təhsil ocaqlarında, təşkilatlarda, ümumiyyətlə, Azərbaycanı əhatə edən rayon bölmələrimizdə və regional mərkəzlərimizdə belə aksiyalar keçiririk. "İcmaya əsaslanan sağlamlıq" proqramına qan donorlarının cəlb olunması da bu aksiyaya daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti