...

Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləməsi könüllü tibb sığortasına necə təsir edəcək?

Cəmiyyət Materials 17 İyun 2015 10:30 (UTC +04:00)
Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləməsi könüllü tibb sığortasında zərərin artmasına imkan yaratmayacaq.
Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləməsi könüllü tibb sığortasına necə təsir edəcək?

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Azad Həsənov/

Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləməsi könüllü tibb sığortasında zərərin artmasına imkan yaratmayacaq. Bu barədə Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov yanvar-may ayları üzrə hesabata həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləməsi birmənalı şəkildə tibbi sığortaya müsbət təsir göstərəcək: "Çünki sığorta ödəmələri dərmanların qiymətlərindən asılıdır. Qiymətlər qalxırsa, müvafiq olaraq, ödəmə həcmləri də artır. İndi isə qiymətlərin süni artımının qarşısı alınacaq ki, bu da tibbi sığortada ən azı zərərin artmasına imkan yaratmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti