...

Azərbaycanda 400 nəfərə yaxın insan qidadan zəhərlənib

Cəmiyyət Materials 17 İyun 2015 15:36 (UTC +04:00)
Bu il Azərbaycanda 375 nəfər qidadan zəhərlənib.
Azərbaycanda 400 nəfərə yaxın insan qidadan zəhərlənib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il Azərbaycanda 375 nəfər qidadan zəhərlənib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 294 qida zəhərlənməsi hadisəsi baş verib.

Bu müddətdə baş vermiş qida zəhərlənmələrinin 11-i botulizm olub. Botulizm hadisəsi nəticəsində 17 nəfər zərər çəkib. Onlardan biri dünyasını dəyişib.

Bu ilin may ayı ərzində Azərbaycanda 43 qida zəhərlənməsi hadisəsi baş verib ki, bunlardan da 60 nəfər zərər çəkib. Ötən ay ərzində botulizmdən zəhərlənmə hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti