...

Yağlı qızardılmış qida kişilərin yaddaşını pisləşdirir

Cəmiyyət Materials 18 İyun 2015 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyənləşdiriblər ki, doymamış yağlardan hazırlanmış qızardılmış qida hətta kiçik dozalarda belə, kişilərin yaddaşını pisləşdirir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, alimlər bu məqsədlə nahardan sonra kişilərin intellektual qabiliyyətini yoxlamaq üçün araşdırma aparıblar.

Alimlər araşdırmaya cəlb edilənlərə daha çox söz yadda saxlamağı tapşırıblar. Lakin araşdırma zamanı xeyli həcmdə yağlı qida yeyənlər digərlərinə nisbətən 12 söz daha az yadda saxlayıblar.

Dünyanın bəzi ölkələrində qida məhsullarının istehsalında trans yağlardan istifadə məhdudlaşmağa başlayır. İlk belə məhdudiyyət 2003-cü ildə Danimarkada olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti