...

Bakıda 26 nəfəri gün vurdu

Cəmiyyət Materials 9 İyul 2015 16:03 (UTC +04:00)
Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından iyulun 9-dək Səhiyyə Nazirliyi Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 26 nəfər müraciət edib.
Bakıda 26 nəfəri gün vurdu

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından iyulun 9-dək Səhiyyə Nazirliyi Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 26 nəfər müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciət etmiş şəxslərdən 8-nə orta dərəcəli günvurma diaqnozu qoyulub və stasionara yerləşdirilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilib və evlərinə buraxılıb.

Əsasən, başağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən günvurma halları ilə müraciət etmiş vətəndaşların müraciətləri Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında qeydiyyata alınır və nəzarətə götürülür: "Vətəndaşlara günvurmadan qorunmaq məqsədilə günorta vaxtlarında açıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə, vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur".

Nazirlikdən bildirilib ki, maydan iyulun 9-na kimi ilan sancması diaqnozu ilə ümumilikdə 34 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət edib. İlan sancma hallarının əksəriyyəti Bakı və ətraf rayonların payına düşür.

Yuxarıda qeyd olunan tarixdən bu günə kimi əqrəb sancması diaqnozu ilə 4 nəfər müraciət edib. Müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti