...

Azərbaycanda bir uşaqlı ailələrdə boşanma halları son 24 ildə ən yüksək həddə çatdı

Cəmiyyət Materials 21 İyul 2015 14:50 (UTC +04:00)
Azərbaycanda 1 uşağı olan ailələrdə boşanma hallarının sayı son 24 ildə ən yüksək həddə çatıb.
Azərbaycanda bir uşaqlı ailələrdə boşanma halları son 24 ildə ən yüksək həddə çatdı

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 1 uşağı olan ailələrdə boşanma hallarının sayı son 24 ildə ən yüksək həddə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bir uşağı olan ailələrdə ən çox boşanma halı 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda bir uşağı olan 2045 ailə boşanıb. Sonrakı illərdə bu göstərici azalmağa doğru dəyişsə də, 2011-ci ildən sonra bu say getdikcə artıma doğru dəyişib. Ötən il isə 1 uşağı olan ailələrdə olan boşanmaların sayı 1990-cı ildən də yüksək səviyyəyə çatıb. 2013-cü ildə Azərbaycanda bir uşağı olan 1921 ailə boşandığı halda, 2014-cü ildə bu rəqəm 2798-ə çatıb.

Ötən il həm də 18 yaşadək iki və daha çox uşağı olan ailələrdə boşanma halları artıb. 2013-cü ildə Azərbaycanda 1837, 2014-cü ildə isə 2450 belə ailədə boşanma qeydə alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanda 12088 rəsmi qeydə alınmış boşanma hadisəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti