...

Kamran Əliyev: Məhkəmələrə göndərilmiş cinayət işlərinin çoxu bank sektoru ilə bağlıdır

Cəmiyyət Materials 22 İyul 2015 11:59 (UTC +04:00)
Məhkəmələrə göndərilmiş cinayət işlərinin ən çoxu bank sektoru ilə bağlı olub. Bu sahədə 30 nəfər barəsində 15 cinayət işi başlanıb.
Kamran Əliyev: Məhkəmələrə göndərilmiş cinayət işlərinin çoxu bank sektoru ilə bağlıdır

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Məhkəmələrə göndərilmiş cinayət işlərinin ən çoxu bank sektoru ilə bağlı olub. Bu sahədə 30 nəfər barəsində 15 cinayət işi başlanıb.

Trend-in məlumatına görə, bunu bu gün I yarımil ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə bağlı keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.

Bundan əlavə, qeyd edilib ki, özəl sektorda 17 nəfər barəsində 11 cinayət işi, tikintidə 21 nəfər barəsində 10 cinayət işi, ticarətdə 11 nəfər barəsində 11 cinayət işi, kənd təsərrüfatında 9 nəfər barəsində 3 cinayət işi, təhsil sahəsində 13 nəfər barəsində 6, səhiyyə sektorunda 6 nəfər barəsində 6, bələdiyyələrlə bağlı 4 şəxs barədə 3, yerli icra hakimiyyəti orqanlarının 3 əməkdaşı barədə 3 cinayət işi və digər hallar üzrə işlər məhkəmələrə göndərilib.

Bu il vətəndaşlar tərəfindən daxil olan ərizə və şikayətlərin sayı artıb. Vətəndaşlar tərəfindən korrupsiyaya qarşı aktiv mübarizə müşahidə olunub. Bu, özünü başlanan cinayət işlərinin çoxluğunda da göstərib.

Lakin qaynar xəttə daxil olan müraciətlərin əksəriyyəti birbaşa korrupsiya cinayəti ilə deyil, digər korrupsiya hüquqpozmaları ilə bağlı olub.

Ötən ilə nisbətən məhkəməyə göndərilən cinayət işlərinin sayı 4 fakt azalsa da, onların əhatə etdiyi insanların sayı 12 nəfər artıb. Ötən ilin müvafiq dövründə 147 nəfər barəsində 103 cinayət işi məhkəmələrə göndərilmişdisə, bu il 158 nəfər barəsində 99 cinayət işi məhkəmələrə göndərilib. Əsas fərq odur ki, ötən ilə nisbətən ağır cinayətlərin sayı artıb. Ötən ilin müvafiq dövründə 51 cinayət ağır cinayətlərə dair məhkəmələrə göndərilmişdisə, bu il 59 cinayət işi göndərilib.

Hazırda Baş İdarənin İstintaq idrəsində 118 cinayət işinin istintaqı ibtidai mərhələdə davam etdirilir. Bu günədək isə həmin İdarədə bu il 270 cinayət işinin istintaqı həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti