...

Bakıda havanın temperaturu 39 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 27 İyul 2015 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda havanın temperaturu 39 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava günəşli olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26, gündüz 35-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti