...

Səhiyyə Nazirliyi tədbirlər görmək üçün Bakı meriyasına müraciət etdi

Cəmiyyət Materials 30 İyul 2015 14:02 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi sahəsində aşkarlanmış nöqsanlarla əlaqədar müvafiq tədbirlərin təşkili üçün Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə rəsmi məktublar göndərib.
Səhiyyə Nazirliyi tədbirlər görmək üçün Bakı meriyasına müraciət etdi

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yaşayış məntəqələri ərazilərinin sanitariya qaydalarına uyğun təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi sahəsində aşkarlanmış nöqsanlarla əlaqədar tədbir görülməsi üçün Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə rəsmi məktub göndərib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq, Sabunçu, Xəzər, Suraxanı, Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə bir sıra təkliflər verilib. Binəqədi, Nizami, Qaradağ rayonlarında isə cavabdeh şəxslər inzibati qaydada cərimə olunub.

Bakı şəhəri əhalisinə verilən su təchizatı üzərində də sanitariya nəzarəti davam etdirilib. Şəhər ərazisində yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulub-zərərsizləşdirilməsi işi nəzarətdə saxlanılıb. Bakı şəhərinin mərkəzi su anbarları və nasos stansiyaları üzərində aparılan laborator nəzarəti ilə əlaqədar olaraq bu ilin 6 ayı ərzində 935 su nümunəsi müayinə olunub. İçməli su nümunələrində aşkar olunmuş qeyri-kafi nəticələrlə bağlı araşdırmalar aparılıb. Suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə təkliflər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti