...

Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır (FOTO)

Cəmiyyət Materials 31 İyul 2015 16:58 (UTC +04:00)
Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır
Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır (FOTO)

Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, problemlərinin vaxtında həll edilməsi sahəsində Gəncədə müsbət təcrübə vardır. Belə ki,heç bir müraciət diqqətdən kənarda qalmır. Hərtərəfli araşdırılır, ilk növbədə müraciətlərin yaranma səbəbləri təhlil edilir, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür.

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşan icra başçısı Elmar Vəliyev təkcə qəbul günlərində deyil, gündəlik olaraq şəhər əhalisi ilə təmasdadır. Ona müraciət edən hər kəsi dinləməyə hazırdır. Harada iş gedirsə orada olan icra başçısı insanların problemlərini yerindəcə öyrənə bilir və onları aradan qaldırmağa nail olur. Şəhər rəhbərliyinin sakinlərin yanında olması bütün süni maneələri yox edir, vətəndaşın problemi həllini tapır.

Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, müharibə veteranları qayğı ilə əhatə olunublar. Bu statusdan olan insanlar icra başçısını özlərinin doğma adamları bilirlər. Çünki Elmar Vəliyev onların hər biri ilə mütəmadi olaraq görüşür və kimin hansı problemi olduğunu öyrənir. Xəstəsi olana yardım olunur, mənzil şəraiti yaxşılaşdırılır, gərək olanda torpaq sahəsi ayrılır, işlə təminat ön plana çəkilir.

Növbəti qəbul gününə 50-yə yaxın sakin böyük ümid və güvənlə gəlmişdi. I qrup əlil Məhəmməd Əsgərovun müalicə olunmaq üçün Bakı şəhərinə göndərilməsi təmin olundu. Solmaz Əliyevanın və Gülüstan yaşayış sahəsinin sakini Sona Məmmədovanın problemi yerindəcə həllini tapdı. İnayət Bağırzadə və Novruz Əliyevin müraciəti cavabsız qalmadı. Onlar müvafiq işlə təmin olundular.

Qəbul gününə təkcə problemi olanlar gəlməmişdilər. Qaldırdığı məsələnin icra başçısı tərəfindən həllini görənlər minnətdarlıq etmək istəyində idilər.

Nəriman Rüstəmov əməliyyat olunub sağlamlığına qovuşduğu üçün razılığını bildirdi. 1 nömrəli məktəbin şagirdi Nigar Hüseynova isə valideynlərinə göstərilən köməyə görə təşəkkürünü özünəməxsus şəkildə çatdırdı. Çəkdiyi Cavad xan rəsmini icra başçısına təqdim etdi. Bu balaca məktəblinin minnətdarlığının təzahürü idi.

Qəbulda sahibkarlıq fəaliyyətinə dəstək, dam örtüyünün təmiri, qaz, işıq, su, kanalizasiya xətləri ilə bağlı müraciətlər də həllini tapdı. Digər problemlər isə aidiyyəti şəxslər tərəfindən nəzarətə götürüldü.

Daha bir qəbul günü insanların problemlərinin aradan qaldırılması, ümidlərinin doğrulması, onlara göstərilən həssaslığın və diqqətin nümunəsi kimi yaddaşlarda xoş iz buraxdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti