...

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə ciddi xəbərdarlıq etdi

Cəmiyyət Materials 14 Avqust 2015 12:44 (UTC +04:00)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edir.
Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə ciddi xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edir.

Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, özəl tibb müəssisələri tərəfindən xarici tibb mütəxəssisləri dəvət edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası"na uyğun olaraq həmin ali və ya orta tibb işçiləri üçün Səhiyyə Nazirliyindən şəhadətnamə alınmalıdır.

Şəhadətnamə, dəvət edilmiş əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirən və onun Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sənəddir.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilən tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti