Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elmir Murad/
Azərbaycandan Türkiyəyə turist kimi səfər edənlərin sayında azlama müşahidə olunur. Bunu Trend-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev deyib.
Onun sözlərinə görə, ötən illə müayisədə bu il Türkiyənin müxtəlif şəhərlərinə səfər edənlərin sayı 20 faiz azalıb.
Nazirlik rəsmisi azalmanı Türkiyədə yenidən başlayan terror hadisələrinin artması ilə əlaqələndirib: "Azərbaycandan hər yay mövsümü xeyli insan turist kimi Türkiyənin müxtəlif kurort zonalarında dincəlməyə gedir. Amma bu il turizm şirkətlərindən bizə daxil olan məlumata əsasən, Türkiyədə baş verən terror aktları səbəbindən əksər insanlar orda istirahət etməkdən imtina edirlər. Təbii ki, insanları başa düşmək olar. Heç kəs həyatı üçün təhlükə yaradan bir ölkədə istirahət etmək istəməz. Güman edirəm ki, Türkiyədə vəziyyət stabilləşəndən sonra insanlarımiz əvvəlki kimi istirahət üçün bu ölkəyə səfərlər edəcəklər".