...

Türkiyə və Azərbaycan arasında dəmir yolları sahəsində əməkdaşlıq müzakirə olunub

Cəmiyyət Materials 25 Avqust 2015 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Elmir Murad/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunla görüşüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, görüşdə qurumun sədri C.Qurbanov səfirə Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. Görüşdə Türkiyə və Azərbaycanın dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Səfir İsmayıl Alper Coşqun "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi məsələsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti