...

DANİB sağlam həyat tərzinin təbliğini davam etdirir

Cəmiyyət Materials 7 Sentyabr 2015 19:31 (UTC +04:00)
"Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sosial şəbəkə imkanlarından istifadə etməklə sağlam həyat tərzinin təbliği" layihəsinin icrasını davam etdirir.
DANİB sağlam həyat tərzinin təbliğini davam etdirir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

"Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sosial şəbəkə imkanlarından istifadə etməklə sağlam həyat tərzinin təbliği" layihəsinin icrasını davam etdirir.

Birlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində artıq iki aydır ki, "facebook" ve "Instagram"da "Sağlam Ömür" adlı səhifə və qrup yaradılıb, loqo və "brendbook" hazırlanıb. Həmçinin saglamömür.az saytı yaradılıbr. Layihənin sosial şəbəkələrdəki səhifələri aktiv olaraq işləyir və işçi qrupu tərəfindən gün ərzində sağlam həyat tərzi ilə bağlı müxtəlif məlumatlar oxuculara təqdim olunur.

Eyni zamanda, layihə çərçivəsində sağlam həyat tərzinin təbliğinə həsr olunan videoçarxların hazırlanması başa çatmaq üzrədir, onlar da bu günlərdə izləyicilərin ixtiyarına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti