...

Azərbaycanın Macarıstandakı səfirinin ingilis dilində kitabı nəşr edilib (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2015 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycanın Macarıstandakı səfiri, tanınmış alim Vilayət Quliyevin "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" (XIX əsrin birinci yarısı) monoqrafiyası bu günlərdə məşhur L`Harmattan nəşriyyatında ingilis dilində nəşr olunub.

Trend-in məlumatına görə, kitab Tbilisi, Qazan, Moskva, Peterburq arxivlərində aparılan axtarışlar və toplanan materiallar əsasında qələmə alınıb. XIX əsrin ilk onilliklərindən etibarən Rusiya imperiyasının Moskva, Qazan və Peterburq universitetlərində, Rusiya Xarici İşlər Nazirliyinin Şərq Dilləri İnstitutunda, Lazarev İnstitutunda, Rusiya Elmlər Akademiyasında, bir sıra gimnaziyalarda çalışmış Azərbaycan əsilli pedaqoq və alimlərin elmi irsini sistemli, ardıcıl şəkildə araşdıran müəllif meydana yeni və cəsarətli ideya sürmüşdür: bu da Rusiya şərqşünaslığında özünəməxsus ənənələri və tədqiqat üsulları ilə seçilən ayrıca "Azərbaycan məktəbi"nin mövcudluğu konsepsiyasıdır.
Kitab müəllifi daha irəli gedərək Rusiyada Şərq haqqındakı elmin beşiyi başında Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, Mirzə Abdulla Qafarov kimi azərbaycanlı alimlərin dayandığını, onları davamçı və yetirmələrinin bir elm sahəsi kimi şərqşünaslığı əhəmiyyətli dərəcədə inkişaf etdirərək zənginləşdirmələrini inandırıcı şəkildə isbat edir. Polemik ruhu ilə seçilən əsərin Rusiya və Qərbin elmi dairələrində, elm tarixçiləri arasında maraq və mübahisə doğuracağı istisna edilməməlidir.

Xarici siyasət sahəsinə gələnə qədər uzun müddət akademiya sistemində çalışan Vilayət Quliyev ədəbiyyatşünaslıq elmimizin Avropa miqyasında ilk nümunələrindən biri olan Kitabını Azərbaycan Milli Elmlər Akademiyası yaradılmasının 70 illiyinə ithaf etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti