...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 1,4 milyon dəfədən çox istifadə olunub

Cəmiyyət Materials 11 Sentyabr 2015 16:28 (UTC +04:00)
“Elektron hökumət” portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 1 424 110 dəfə istifadə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 1,4 milyon dəfədən çox istifadə olunub

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin avqust ayında da "Elektron hökumət" portalındakı elektron xidmətlərindən ən çox istifadə edilən qurumlardan biri olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu dövrdə ƏƏSMN-in "E-hökumət" portalı üzərindən təqdim edilən elektron xidmətlərdən 151 946 dəfə istifadə olunub ki, bu da "E-hökumət" portalı üzrə müxtəlif qurumlar tərəfindən göstərilən bütün e-xidmətlər üzrə ümumi istifadə sayının 12,2 faizini təşkil edir.

O cümlədən ötən ay əhali nazirliyin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən 91 250 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 36 416 dəfə faydalanıb. "İş yerinə dair arayış" e-xidmətindən isə avqust ayında 21 966 dəfə istifadə qeydə alınıb. Yenə də hər üç e-xidmət əhalinin ən çox faydalandığı e-xidmətlər sırasındadır.

Cari ilin yanvar-avqust aylarında "E-hökumət" portalı üzərindən göstərilən bütün e-xidmətlərdən ümumi istifadə sayının 16,3 faizi, yəni 1 424 110 ədədi ƏƏSMN-in e-xidmətlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti