...

Metro istifadəçilərinə şad xəbər

Cəmiyyət Materials 22 Sentyabr 2015 11:13
Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının təmirə bağlanan ikinci xətti yenidən istifadəyə verilib.
Metro istifadəçilərinə şad xəbər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının təmirə bağlanan ikinci xətti yenidən istifadəyə verilib.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, stansiyanın ikinci xətti artıq bu gündən etibarən sərnişinlərin istifadəsinə verilib: "Həmin xətt bu il fevralın 9-da əsaslı təmirə bağlanmışdı və ilin sonunda istifadəyə verilməsi planlaşdırılırdı. Lakin yeni tədris ilinin başlanmasından sərnişinlərin sayının artdığını və stansiyadakı təmir işlərinin əksəriyyətinin artıq yekunlaşdığını nəzərə alaraq xətti planlaşdırılan vaxtdan daha tez istifadəyə verdik. Stansiyada qatarlar arasında interval da əvvəlki qaydada olacaq. Yəni, qatarlar 10 dəqiqədən bir yox, hər 8 dəqiqədən sonra hərəkət edəcək".

N.Paşayev qeyd edib ki, ikinci xəttin açılmasına baxmayaraq tuneldə təmir işləri gecə saatlarında da davam etdirilir. Təmir işləri əsasən tuneldə korroziyanın yaratdığı bəzi problemlərin aradan qaldırılması məqsədilə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti