...

Qara neft, Parlaq Zəkalar! (ФОТО)

Cəmiyyət Materials 22 Sentyabr 2015 12:04 (UTC +04:00)
Sentyabrın 20-də "Azərbaycan" İntellektual Oyunlar Klubu, "Baki Ali Neft Məktəbi" İntellektual Oyunlar Klubu və "Maqnat" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Neftçilər günü”nə həsr olunmuş "Black oil, Bright minds" adlı NHN üzrə turniri keçirilib.
Qara neft, Parlaq Zəkalar! (ФОТО)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Sentyabrın 20-də "Azərbaycan" İntellektual Oyunlar Klubu, "Baki Ali Neft Məktəbi" İntellektual Oyunlar Klubu və "Maqnat" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə "Neftçilər günü"nə həsr olunmuş "Black oil, Bright minds" adlı NHN üzrə turniri keçirilib.

Turnirin qaydasına görə, oyunda yalnız ADNSU ve BANM universitetlərin tələbələri iştirak edə bilərdilər. Hər bir təhsil müəssisəsini qeydiyyatdan daha tez keçmiş 10 komanda təmsil etmə hüququ qazanıb. Ümumilikdə 20 komandanın iştirakı ilə 36 sualdan ibarət olan turnirin qalibləri AİOK premyer liqasının daimi komandaları oldu. Belə ki, Royal Flush I yer, Restart II yer, Who run the world III yerin sahibi oldu.

Bundan əlavə klub yeni mövsümün ilk oyununun tarixini elan etdi. Belə ki, 2015-2016-ci il mövsümü üzrə premyer liqanın birinci turu sentyabrın 27-si, bazar günü, saat 12:00-də keçiriləcək.
Qeydiyyat, transfer, məkan və digər məsələlərlə bağlı sualları siz klubun rəsmi facebook səhifəsi vəq rupunda verə bilərsiniz.

Facebok qrupu :
Ad: "Azərbaycan" İntellektual Oyunlar Klubu
Link: https://www.facebook.com/groups/431132633616628/?ref=bookmarks

Facebook səhifəsi:
Ad: Azərbaycan İntellektual Oyunlar Klubu
Link: https://www.facebook.com/AzrbaycanIntellektualOyunlarKlubu?fref=ts

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti