...

Azərbaycan və Fransa birgə universitet yaradacaqlar

Cəmiyyət Materials 23 Sentyabr 2015 18:15 (UTC +04:00)
Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın əsas məqsədlərindən biri Bakıda birgə universitetin yaradılmasıdır.
Azərbaycan və Fransa birgə universitet yaradacaqlar

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın əsas məqsədlərindən biri Bakıda birgə universitetin yaradılmasıdır.

Trend-in məlumatına görə, bunu Fransanın ölkəmizdəki səfiri Paskal Mönye "Business France" agentliyinin "Invest in France" həftəsi çərçivəsində təşkil etdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Fransada bu məsələ ilə Strasburq Universiteti, Azərbaycanda isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası) məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti