...

ADA Universiteti sənəd qəbuluna başladı

Cəmiyyət Materials 2 Oktyabr 2015 17:55 (UTC +04:00)
2016-2017-ci tədris ili üçün ADA Universitetinə magistratura səviyyəsi üzrə bakalavr qəbulu üçün sənəd qəbuluna başlanılıb.
ADA Universiteti sənəd qəbuluna başladı

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

2016-2017-ci tədris ili üçün ADA Universitetinə magistratura səviyyəsi üzrə bakalavr qəbulu üçün sənəd qəbuluna başlanılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, sənəd qəbulu 1 aprel 2016-cı il tarixinə qədər davam edəcək.

Təklif edilən proqramlar Diplomatiya və Beynəlxalq münasibətlər (MADIA), İctimai siyasət (MPP), Təhsil üzrə menecment (MAEM), Biznesin idarə edilməsi (Full-time, International MBA) və Executive MBA-dır.

Bu proqramlar arasında Executive MBA ADA Universitetinin Niderland Krallığının Maastrixt Menecment Məktəbi ilə birgə təklif edilən və modullarla tədris olunan proqramıdır. Bu proqram minimum dördillik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. Proqramın sonunda məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar.

ADA Universitetinin magistratura proqramlarında təhsil ingilis dilindədir və iki ilə qədərdir. Dərslər yerli və xarici professorlar tərəfindən aparılır. Təhsil müddətində tələbələr bir sıra akademik mübadilə səfərlərində də iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti