...

“Bakı Kart”a internet vasitəsi ilə pul yükləmək olacaq

Cəmiyyət Materials 5 Oktyabr 2015 13:41 (UTC +04:00)
“Bakı Kart”a pul yükləmək internet vasitəsi ilə də mümkün olacaq.
“Bakı Kart”a internet vasitəsi ilə pul yükləmək olacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/

"Bakı Kart"a pul yükləmək internet vasitəsi ilə də mümkün olacaq. Bunu Trend-ə açıqlamasında "Baku Bus" MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda "Bakı Kart"da bu istiqamətdə işlər aparılır.

V.Kərimli dayanacaqlarda "Bakı Kart" aparatlarının quraşdırılması məsələsinə də toxunaraq bunun mərhələli şəkildə həyata keçiriləcəyini qeyd edib: "Bütün metro stansiyalarında iki və ya üç ədəd aparat var. Əhalinin daha da rahatlığı üçün aparatlardan dayanacaqlarda da quraşdırılır. Avropada belə aparatlar üç dayanacaqdan birində və ya əsasən insanların toplandığı yerdə var. Biz isə düşünürük ki, tənzimləmə insanların kartdan istifadəsinə vərdiş etmələri ilə bağlı olmalıdır. İnsanlarda bir az sosial məsuliyyət olmalıdır. Düşünməlidirlər ki, ictimai nəqliyyatdan istifadə edirəmsə, kart almalıyam".

Qeyd edək ki, bir müddət əvvəl yeni xəttə buraxılan "Baku Bus" müasir avtobuslarında artıq "Bakı Kart"ın təqdim etdiyi vahid kartdan istifadə olunmağa başlanılıb. Aparatların quraşdırılmasından sonra isə sözügedən kartdan bütün sərnişindaşımada tətbiq olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti