Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Xose Xater Penanı qəbul edib.
E.Vəliyev qonağı salamlayaraq Azərbaycanın qədim və tarixi şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi dünya şöhrətli gəncəli şairlərimiz, Gəncədəki təhsil ocağı, teatr, muzey və zavodlar haqqnda qonağa məlumat verib.
E.Vəliyev Gəncənin qədim və tarixiliyi ilə yanaşı, ikinci sənaye və iqtisadi şəhər olduğunu vurğulayıb və şəhərin bu sahədə olan uğurlarından danışıb.
A.Pena bildirib ki, artıq 1 il yarımdır Kolumbiyanın Azərbaycanın paytaxtı Bakıda səfirliyi açılıb. Qonağın gəlişinin əsas məqsədi Azərbaycan regionları haqqında məlumat öyrənmək, Azərbaycan və Kolumbiya regionları arasında əməkdaşlıq əlaqəsi yaratmaqdır.
O, qeyd edib ki, Azərbaycan və Kolumbiyada muzeylərin mövcudluğu bu sahədə əməkdaşlıq edə biləcəyimizi göstərir. Son 20 il ərzində aparılan siyasət nəticəsində Kolumbiyada sosial siyasi, və iqtisadi vəziyət stabitdir. Kolumbiya şəhərləri haqqında məlumat verən A.Pena bildirib ki, ölkəsi turizim üçün əlverişlidir və bu ilin sonuna kimi İstanbuldan Kolumbiyanın paytaxtı Boqotaya birbaşa aviareys açılacaq. Azərbaycanlı turistlərdən heç bir viza tələb olunmayacaq.
Səfir ölkəsinin Azərbaycanla iqtisadi, mədəni təhsil, turizim və başqa sahələrdə əməkaşlıq etmək istəyini bildirib.
Görüşdən sonra qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Daha sonra A.Pena Gəncədə Heydər Əliyev park-kompleksinə və Nizami Gəncəvinin məqbərəsinə baş çəkib.