...

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tabeçiliyi dəyişə bilər - Ekspert

Cəmiyyət Materials 22 Oktyabr 2015 13:36 (UTC +04:00)
Bakı yollarında avtomobillərin sıxlığı və tıxac probleminin aradan qaldırılması üçün Yol Hərəkəti Komissiyasının səlahiyyətləri artırılmalıdır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tabeçiliyi dəyişə bilər - Ekspert

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakı yollarında avtomobillərin sıxlığı və tıxac probleminin aradan qaldırılması üçün Yol Hərəkəti Komissiyasının səlahiyyətləri artırılmalıdır.

Bunu Trend-ə açıqlamasında nəqiyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Bakı yollarında avtomobillərin hərəkətini tənzimləyən bir sıra orqanların eyni işi gördüyünü deyən ekspert hesab edir ki, bunun daha sadə yolu tapılmalıdır: "Bakı şəhərində yol hərəkətinin təşkili Dövlət Yol Polisi, müəyyən funksiyaları isə "Azəryolservis" və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bu işləri koordinasiya etməli olan Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası var. Bu tənzimlənməni bir qurum həyata keçirsə, daha rentabelli olar. Sözügedən fəaliyyəti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına vermək və qurumun səlahiyyətlərini artırmaq lazımdır. Yol hərəkətinin təşkili ilə bağlı Dövlət Yol Polisinin, "Azəryolservis"in və Bakı şəhər İcra hakimiyyətinin bütün səlahiyyətlərini Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında cəmləşdirmək lazımdır".

Yol hərəkəti qaydalarını tənzimləyən daha bir qurumun Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin olduğunu vurğulayan Ə.Hüseynov qeyd edib ki, sözügedən təşkilat hökumətin ona göstərdiyi ümidləri doğrultmayıb.

Ekspert hesab edir ki, məhz buna görə də bu qurumun ləğv olunmasının gündəmə gəlmə ehtimalı böyükdür: "Dövlət strukturlarında islahatlar həmişə aparılır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tabeçiliyi dəyişə bilər və yaxud ləğv olunub səlahiyyətləri başqa quruma verilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti