Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/
Ümumtəhsil məktəbləri və universitetlərin bufetlərində yoxlamalar dayandırılıb. Bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, planlı yoxlamalar hər tədris ilində aparılıb.
Z.Kazımov bildirib ki, yoxlamalar Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq dayandırılıb.
Qeyd edək ki, oktyabrın 19-u Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.