...

Bahar Muradova seçicilərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2015 21:21 (UTC +04:00)
Bahar Muradova seçicilərlə görüşüb
Bahar Muradova seçicilərlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradovanın rayonun Qazaxlar kəndində seçicilərlə görüşü olmuşdur. Tədbir iştirakçılarını salamlayan rayon təşkilatının sədri Almaz Həşimova parlament seçkilərində partiyanın namizədi olan Bahar Muradovanın tərcümeyi-halı barədə məlumat vermiş və onun vəkillərini kənd sakinlərinə təqdim etmişdir. Sonra vəkillər çıxış edərək Bahar Muradovanı dəstəkləməklə ölkə rəhbərliyinin daxili və xarici siyasətini və YAP-nın bu siyasətdəki mövqeyinə birmənalı münasibətlərini ifadə etdiklərini bildirmiş, hər kəsi seçkilərdə fəal olmağa səsləmişlər.

Deputatlığa namizəd Bahar Muradovaya xitabən çıxış edən kənd ağsaqqalı Bayandur Şirinov republikada aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını ifadə etmiş, dövlət rəhbərinin bütün məsələlərə dair mövqelərinə dəstək olduqlarını bildirmişdir.

Qazaxlar, Mirzənağılı və Əhmədalılar kənd sakinləri - fermer Oqtay Alışov, müəllimə Vəfa Süleymanzadə, Günel Süleymanova və İlahə Zeynalova öz çıxışlarında YAP-nın fəaliyyətinə rəğbətlə yanaşdıqlarını qeyd edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə, habelə ən müxtəlif səviyyələrdə onları ləyaqətlə təmsil edən Bahar Muradovaya təşəkkür etmiş və növbəti 5 il üçün yenidən Bahar Muradovanı Milli Məclisin üzvü kimi görmək arzusunda olduqlarını bildirmişlər.

Bahar Muradova bütün çıxışçılara və onunla görüşə gəlmiş sakinlərə minnətdarlığını bildirmiş və həmişə Heydər Əliyev ideyalarının təşəkkül tapması üçün Azərbaycan dövlətinin və Azərbaycan xalqının, xüsusilə də özünün də təmsil olunduğu Qarabağ bölgəsinin çiçəklənməsi naminə var gücü ilə çalışmağa həmişə hazır olduğunu bildirmişdir. Cəbhənin təmas xəttində yaşayıb fəaliyyət göstərməklərinə baxmayaraq kənd sakinlərinin ruh yüksəkliyinə, nikbinliklərinə, doğma torpaqlarına çox bağlı olduqlarına heyranlığını gizlətməyən Bahar Muradova dövlət başçısı, YAP-nın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ probleminin Azərbaycanın maraqlarına uyğun və ədalətli həllinə nail olunacağına inamını ifadə edərək bu amal uğrunda daha sıx birləşməyə çağırmışdır.

Sonda seçicilərlə kollektiv şəkil çəkdirilmişdir.

Xəbər lenti

Xəbər lenti