...

Daha bir kəndin içməli su problemi həll olundu (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2015 16:15 (UTC +04:00)
Bu gün Quba rayonunun Zərdabi qəsəbəsində yeni subartezian quyularının istismara verilməsi ilə bağlı mərasim keçirilib.
Daha bir kəndin içməli su problemi həll olundu (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Quba rayonunun Zərdabi qəsəbəsində yeni subartezian quyularının istismara verilməsi ilə bağlı mərasim keçirilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov deyib ki, Zərdabi qəsəbəsini içməli su ilə təmin edən subartezian quyuları istismara yararlı olmadığından burada yeni quyuların qazılması qərara alınıb: "Qısa müddətdə işlər başa çatdırılıb və yeni subartezian quyulardan içməli suyun verilməsi təmin edilib. Gələcəkdə Quba rayonunun digər kənd və qəsəbələrində də yeni layihələrin icrası nəzərdə tutulur".

Quba rayonunun Zərdabi qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi 3900 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Qəsəbəni içməli su ilə təmin etmək məqsədilə 2 ədəd yeni subartezian quyusu qazılıb. Buradan götürülən su əvvəldən mövcud olan 12 km uzunluğunda magistral kəmərlə qəsəbə sakinlərinə çatdırılır. Hazırda qəsəbə sakinləri 4,5 km uzunluğu olan paylayıcı şəbəkə vasitəsilə içməli su alır. Yeri gəlmişkən, su təchizatının dayanıqlığını təmin etmək üçün yerli bələdiyyə tərəfindən hər birinin tutumu 16 kubmetr olan 2 ədəd su çəni quraşdırılıb.

Qeyd edək ki, qəsəbənin içməli su təchizatı yerli bələdiyyə tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti