...

Həbs xəbəri yayılan Departament rəisi ilə bağlı yeni məlumatlar - Özəl

Cəmiyyət Materials 30 Oktyabr 2015 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elmir Murad/

Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevin həbs olunması ilə bağlı yeni məlumatlar bəlli olub.

"Azərsu'' ASC-dən Trend-ə bildiriblər ki, adı çəkilən şəxs qurumun işçisi deyil: "Anar Nəzərəliyev 4 il əvvəl "Azərsu'' ASC-dəki vəzifəsindən azad olunub. Onun bizim qurumla heç bir əlaqəsi qalmayıb".

Qeyd edək ki, yayılan məlumatlara görə, "Azərsu'' ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşı olan A.Nəzərəliyevin külli miqdarda mənimsəmə halları ilə bağlı təqsirləndirildiyi bildirilir. Həmçinin, məlumatlarda o da qeyd olunur ki, uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları həbs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti