...

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Cəmiyyət Materials 31 Oktyabr 2015 16:24 (UTC +04:00)
Oktyabrın 25-dən 28-dək Almaniya Federativ Respublikasının Münhen şəhərində həmin şəhərin və Saksoniya federal torpağının Baş Prokurorluqları, Avropa Komissiyasının Qonşuluq və Danışıqlar üzrə Baş İdarəsi (TAIEX) tərəfindən prokurorlar üçün “Mütəşəkkil cinayətkarlıqla mübarizə” mövzusunda beynəlxalq forum keçirilmişdir.
Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Oktyabrın 25-dən 28-dək Almaniya Federativ Respublikasının Münhen şəhərində həmin şəhərin və Saksoniya federal torpağının Baş Prokurorluqları, Avropa Komissiyasının Qonşuluq və Danışıqlar üzrə Baş İdarəsi (TAIEX) tərəfindən prokurorlar üçün "Mütəşəkkil cinayətkarlıqla mübarizə" mövzusunda beynəlxalq forum keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan, Türkiyə, Almaniya, Böyük Britaniya, İspaniya və digər ölkələrin, eləcə də Avropa Şurasının nümayəndələrinin qatıldığı tədbirdə Münhen şəhərinin və Saksoniya federal torpağının Baş prokurorları mövzu ətrafında çıxış etmişlər.

Tədbir iştirakçıları təmsil etdikləri ölkələrdə kibercinayətkarlıq, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiya hüquqpozmaları ilə bağlı istintaq edilən cinayət işləri üzrə məlumat verərək mövcud problemlər və onların həlli yolları müzakirə edilmişdir. Eyni zamanda mütəşəkkil cinayətkarlıqla, xüsusilə kibercinayətkarlıqla mübarizə zamanı müasir kompüter texnologiyalarından istifadə edilməsinin vacibliyi vurğulanmışdır.

Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini vəzifəsini icra edən Anar Məmmədov və Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elvin Mirzəyev təmsil etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti