...

Heydər Əliyev Fondu Buxarestdə yanğından xəsarət alanlara yardım edib (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2015 17:44 (UTC +04:00)
Heydər Əliyev Fondu Buxarestin “Kolektiv” klubunda baş verən yanğından xəsarət alanlara yardım göstərib.
Heydər Əliyev Fondu Buxarestdə yanğından xəsarət alanlara yardım edib (FOTO)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Heydər Əliyev Fondu Buxarestin "Kolektiv" klubunda baş verən yanğından xəsarət alanlara yardım göstərib.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, plastik cərrahiyyə və yanıqlar təcili yardım klinik xəstəxanasına tərtib edilmiş siyahı üzrə dərmanlar alınaraq verilib. Rumıniyanın səhiyyə naziri Nikolae Baniçiou və xəstəxananın rəhbərliyi yanğından dərhal sonra göstərilən yardıma görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər.

Xatırladaq ki, oktyabrın 30-da Buxarestin "Kolektiv" klubunda 27 nəfərin ölümü və 180 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.

İlkin məlumatlara görə, partlayışa və yanğına atəşfəşanlıq səbəb olub. Rumıniyada hadisə ilə bağlı üç gün matəm elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti