...

Dövlət Bayrağı Günü münasibətilə yeni markalar və zərflər dövriyyəyə buraxıldı (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2015 14:27 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə dövriyyəyə buraxılan marka və birinci gün zərflərinin Dövlət Bayrağı Muzeyində təqdimat mərasimi keçirilib.
Dövlət Bayrağı Günü münasibətilə yeni markalar və zərflər dövriyyəyə buraxıldı (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə dövriyyəyə buraxılan marka və birinci gün zərflərinin Dövlət Bayrağı Muzeyində təqdimat mərasimi keçirilib.

Dövlət Bayrağı Meydanının (DBM) 5 illik yubileyinə həsr olunmuş tədbirdə DBM Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev bu təntənəli günün tarixindən söz açıb.

Dövlət bayrağının dövlətin əsas atributlarından, rəmzlərindən biri olduğunu qeyd edən İ.Mustafayevin sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Prezidentin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" sərəncamından da söz açan kompleks rəhbəri hazırda 5 illiyini qeyd edən DBM-nin yaradılmasının da dövlət rəmzləri sırasında xüsusi yer tutan Dövlət Bayrağına olan sonsuz ehtiramdan irəli gəldiyini vurğulayıb.

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov təqvimdə yer alan bayramlar sırasında Dövlət Bayrağı Gününün xüsusi yeri olduğunu bildirib.

Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi kimi "Ginnes" dünya rekordları təşkilatı tərəfindən qeydə alındığını da xatırladan nazir müavini bayrağın xalqımızın qürur mənbəyi olduğunu qeyd edib.

Suveren dövlətin atributlarından biri kimi indiyə qədər Dövlət Bayrağı Günü münasibətilə "Azərmarka" MMC tərəfindən poçt markalarının dövriyyəyə buraxıldığını da nəzərə çatdıran İ.Məmmədov bu markaların filatelistlər və digər diplomatik nümayəndəliklər vasitəsilə bütün dünyaya yayıldığını qeyd edib. Onun sözlərinə görə, bu günə kimi Azərbaycan bayrağına həsr olunan yüzlərlə marka dövriyyəyə buraxılıb.

Daha sonra üzərində Dövlət Bayrağı Meydanının təsvirinin yer aldığı zərf və markaların dövriyyəyə buraxılması münasibətilə ştempel vurulması mərasimi keçirilib. Marka və zərflər rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev tərəfindən ştempellənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti