...

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmirinə start verilib (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2015 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

N.Əzməmmədov bildirib ki, əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı "İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir.

Müəssisənin rəisi Rizvan Rzayevin verdiyi məlumata görə, təmir işlərinə Biləcəri stansiyasında başlanılıb və artıq 1,5 km uzunluğunda baş yolun əsaslı təmiri başa çatmaq üzrədir.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti