...

Hüquq müdafiəçisi saxlanılan dindarlarla görüşüb

Cəmiyyət Materials 6 Noyabr 2015 16:31 (UTC +04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Sabunçu rayon Polis İdarəsində aksiyalarda iştirak edən 5 dindarla görüşüb.
Hüquq müdafiəçisi saxlanılan dindarlarla görüşüb

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmir Murad/

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Sabunçu rayon Polis İdarəsində aksiyalarda iştirak edən 5 dindarla görüşüb. Bunu Trend-ə Elçin Behbudov özü deyib.

O bildirib ki, dindarlar saxlanma şəraiti ilə bağlı hər hansı narazılıq etməyiblər.

E.Behbudovun sözlərinə görə, dindarlar hələ ki Sabunçu rayon Polis İdarəsində saxlanılırlar: "Amma onlar mərhələ ilə məhkəməyə çıxarılacaqlar".

Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dindarların aksiyası keçirilib. "Müsəlman birliyi hərəkatı" adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımovun azad olunmasını tələb edənlərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti