...

Bakıda din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası zamanı iki polis xəsarət alıb

Cəmiyyət Materials 6 Noyabr 2015 16:38 (UTC +04:00)
Ötən gecə Sabunçu rayon Polis İdarəsi qarşısında din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası zamanı iki polis xəsarət alıb.
Bakıda din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası zamanı iki polis xəsarət alıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmir Murad/

Ötən gecə Sabunçu rayon Polis İdarəsi qarşısında din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası zamanı iki polis xəsarət alıb. Bunu Trend-ə açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.

Onun sözlərinə görə, hər iki polis idarənin qarşısında yaranmış qarışıqlıq zamanı xəsarət alıb: "Polislərin xəsarət almasını Sabunçu rayon Polis İdarəsində aksiya zamanı saxlanılan şəxslərlə görüşüm zamanı öyrəndim. İdarənin qarşısında keçirilən aksiyada daşlardan istifadə zamanı polislər xəsarət alıb".

Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin aksiyası keçirilib. Müsəlman birliyi hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edənlər Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımovun azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti