...

ATU tələbələri "Det-AL" Alüminium Kompleksində olublar (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2015 16:08 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetinin (ATU) Metallurgiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr Gəncədəki “Det-AL" Alüminium Kompleksinin zavodlarında istehsal prosesi ilə yaxından tanış olublar.
ATU tələbələri "Det-AL" Alüminium Kompleksində olublar (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycan Texnologiya Universitetinin (ATU) Metallurgiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr Gəncədəki "Det-AL" Alüminium Kompleksinin zavodlarında istehsal prosesi ilə yaxından tanış olublar.

Trend-in məlumatına görə, ATU-nun Mexanika və texnoloji maşınlar kafedrasının müdiri dosent Nazim Vəliyevin rəhbərlik etdiyi qrup əvvəlcə kompleksin direktoru Cəmil Səfərovla görüşüb. Kompleksin fəaliyyəti haqqında ətraflı məlumat verən direktor deyib ki, müəssisənin metallurgiya ixtisası üzrə yaxşı yetişmiş mütəxəssislərə həmişə ehtiyacı var. C.Səfərov qeyd edib ki, ölkədə metallurgiya mühəndisləri üçün potensial iş yerləri hesab olunan bir neçə böyük müəssisə fəaliyyət göstərir.

Kafedra müdiri N.Vəliyev və kafedranın dosenti Arif Əsgərov isə Metallurgiya mühəndisliyi ixtisasında tədris prosesinin gedişi haqqında məlumat verib. Onlar qeyd edib ki, istehsalat təcrübəsinin təşkili və müəssisələrlə tanışlığın genişləndirilməsi gələcək metallurqların yaxşı mütəxəssis kimi yetişməsində vacib rol oynayır.

Daha sonra kompleksin İstehsalın planlaması və texniki proseslərə nəzarət departamenitinin direktoru Vəli Hüseynov heyəti müxtəlif zavodlarda istehsal prosesi ilə tanış edib. Tələbələr metaltökmə, fasiləsiz yayma, soyuq yayma, təzyiqlə emal və boyama zavodlarında alüminium istehsalının bütün fazaları ilə əyani tanış olublar. İllik istehsal gücü 50 min ton olan "Det-AL" Alüminium Kompleksinin fəaliyyəti, istehsalat prosesinin bütün mərhələləri barədə geniş məlumat verən V.Hüseynov bildirib ki, buraxılan müxtəlif markalı alüminium yarımfabrikat məhsulları avtomobil, kimya, qida sənayesi, inşaat, elektrik, kommunikasiya və digər sahələrdə geniş istifadə olunur, yerli və xarici bazara çıxarılır.

Daha sonra V.Hüseynov 1000-ə yaxın adamın işlədiyi kompleksin fəaliyyəti ilə bağlı tələbələrin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti