...

500 nəfərdən çox əlilliyi olan şəxs peşə reabilitasiyasına cəlb edilib

Cəmiyyət Materials 17 Noyabr 2015 15:36 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ildə 500 nəfərdən çox əlilliyi olan şəxsi peşə reabilitasiyasına cəlb edib
500 nəfərdən çox əlilliyi olan şəxs peşə reabilitasiyasına cəlb edilib

Bakı. Trend:

Cari ilin ötən dövründə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının artırılması üçün onların peşə reabilitasiyası istiqamətində görülən işlər davam etdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hesabat dövründə ƏƏSMN 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Əlilliyi olan şəxslərin 330 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına qəbul edilib. Sağlamlıq imkanları məhdud gənclər burada dərzi, toxucu, xalçaçı, kompyuter istifadəçisi, kompyuter dizayneri, bərbər və s. peşələr üzrə təlim kursu keçməklə yanaşı, təlim müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

Digər 178 nəfər əlilliyi olan şəxs isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Peşə kurslarını bitirən əlilliyi olan şəxslərin münasib iş yerləri ilə təmin olunması istiqamətində də müvafiq işlər aparılıb.

Ümumilikdə bu ilin ötən dövründə ƏƏSMN tərəfindən 3500 nəfərə yaxın vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti