...

Azərbaycan və Latviya əmək və sosial müdafiə üzrə sənəd imzalayacaqlar

Cəmiyyət Materials 1 Dekabr 2015 16:36 (UTC +04:00)
Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək.
Azərbaycan və Latviya əmək və sosial müdafiə üzrə sənəd imzalayacaqlar

Bakı. Trend:

Dekabrın 3-də Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd nazirlikdə nümayəndə heyətləri səviyyəsində görüşün keçirilməsi, iki nazirlik arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.

Aparılacaq müzakirələrin nəticələrinə uyğun olaraq iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulur.

Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra digər rəsmi görüşlər keçirəcəyi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti