...

Avropa İnsan Hüquqları Məhkəməsinin ərizə forması dəyişikliyə uğrayıb

Cəmiyyət Materials 2 Dekabr 2015 16:24 (UTC +04:00)
Cari ilin oktyabrında Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunacaq ərizələrin məzmununda əhəmiyyətli dəyişikliklər qəbul olunub.
Avropa İnsan Hüquqları Məhkəməsinin ərizə forması dəyişikliyə uğrayıb

Bakı. Trend:

Cari ilin oktyabrında Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunacaq ərizələrin məzmununda əhəmiyyətli dəyişikliklər qəbul olunub. Məhkəmənin Plenumu tərəfindən qəbul olunmuş bu dəyişikliklər forma mahiyyətli olduğundan ərizələrin baxılma proseduruna heç bir əhəmiyyətli təsir göstərməyəcək. Bununla belə, dəyişikliklərə riayət olunmaması ərizənin qəbulundan imtina olunmasına əsas verəcək.

Dəyişikliklərin məzmununun nədən ibarət olması barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Anar Bağırov qeyd edib ki, hüquqi şəxs olan ərizəçilər adından ərizəni imzalayan şəxslər onların imza səlahiyyətini təsdiq edən sənədləri (hüquqi şəxsin təsis sənədini və ya digər növ etibarnaməni) ərizəyə əlavə etməlidirlər: "Təmsilçilik hüququ verən bu sənədlərin formasına dair xüsusi tələb yoxdur, sadəcə üzv ölkənin yerli qanunvericiliyinə, hüquq praktikasına əsasən tərtib olunmalıdır. Ümumiyyətlə isə adıçəkilən dəyişikliyin səbəbi Məhkəməyə müraciətlərin konkretləşdirilməsi, ərizəçilərin niyyətlərinin əsaslığının müəyyən edilməsi, habelə Məhkəmənin iş yükünün azaldılmasıdır".

A.Bağırov məsələnin fərdi ərizəçilərə münasibətdə hansı qaydada tətbiq olunacağına dair deyib ki, əgər ərizəçi vəkil tərəfindən təmsil olunursa, həmin vəkilin kimliyinin identifikasiyası mümkün olmalıdır: "Belə olan halda, ərizəçi ilə vəkil ərizə formasında xüsusi bölməyə imza atacaqlar. Bu vaxta kimi vəkil heç vaxt ərizəyə imza çəkmirdi. Lakin 1 yanvardan sonra çəkəcək və bununla faktiki olaraq öz təmsilçiliyini təsdiq etmiş olacaq. Eyni zamanda yeni ərizə formasına əsasən, ərizəçi öz doğum yerini də qeyd edəcək".

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunan ərizənin formasına sonuncu dəyişiklik 1 yanvar 2014-cü ildə edilib və 1 yanvar 2016-cı ilədək göndəriləcək ərizələr əvvəlki qaydalara əsasən tərtib olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti