“Tibb müəssisələrində kadr sənədləşməsinin özəlliyi”

“Tibb müəssisələrində kadr sənədləşməsinin özəlliyi”

Bakı. Trend:

Azərbaycanda hər bir sahə kimi səhiyyə sahəsində də çox böyük islahatlar aparılır.

Təbii ki, bütün bunlar tibb sahəsində kadr potensialını zənginləşdirməyi, eləcə də həkimlərin peşəkarlığının artırılmasını tələb edir. Son illər səhiyyədə, xüsusilə də özəl sektorda əldə olunan nailiyyətlər heç kəsə sirr deyil. 1993-cü ilin sonlarından etibarən səhiyyədə həyata keçirilən islahatlar nəticəsində özəl tibb mərkəzlərinin yaradılması və inkişafı ilə əlaqədar tədqiqatlar aparılmışdır. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilmiş, mövcud qanunvericilik bazası təkmilləşdirilmişdir. Özəl tibbi xidmətlərin göstərilməsi üçün subyektlər arasında münasibətləri tənzimləmək məqsədi ilə 1999-cu il dekabrın 30-da "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bunlardan əlavə, Səhiyyə Nazirliyi tərəfindən son illərdə özəl tibb fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə təşkili məqsədilə bir sıra normativ sənədlər hazırlanaraq təsdiq edilmişdir.

Tibb sektorunda uzun müddət kadr sənədləşməsi xidməti üzrə iş təcrübəmiz olduğundan və bu istiqamətdə Azərbaycanda ilk autsorsinq müəssisəsi olduğumuzu nəzərə alaraq, bizə tez-tez müxtəlif suallar ilə müraciət edirlər. Verilən suallar geniş maraq dairəsini əhatə etdiyi üçün bəziləri ilə sizləri tanış etmək istərdik.

Sual: Özəl tibb müəssisələrində işçi sayı az olduğundan xüsusi olaraq, kadr işləri üzrə mütəxəssis dəvət edilməsinə ehtiyac varmı?

Cavab: Çox təəssüf ki, hazırda kadr sənədləşməsi müasir özəl tibb ocaqlarında mühasiblər tərəfindən aparılır. Onlar isə öz növbələrində yalnız mühasibatlıq işlərinin aparılması məqsədilə lazım olan sənədləşmə işini görürlər. Nəticədə tibb müəssisəsi müəyyən risklər ilə üzləşməli olur.

- İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr;
- İşçi axını;
- Müəssisənin işgüzar nüfuzunun aşağı salınması;

Sual: Həkim ilə müəssisə arasında münasibətlər necə tənzimlənməlidir?

Cavab: Həkim - işçi, müəssisə - işəgötürən qismində çıxış etdiyi üçün onlar arasındakı münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Lakin həkim fərdi qaydada (qanunvericiliyin tələblərinə uyğun) fəaliyyət göstərdiyi halda, həmin şəxslə Mülki Məcəllənin tələblərinə uyğun olaraq, xidməti müqavilə bağlanılır.

Məhz buna görə də, Əmək Məcəlləsinin 6-cı madddəsinin "d" bəndində konkret yazılıb ki, podrat münasibətləri varsa, artıq əmək münasibətləri tətbiq oluna bilməz.

Sual: 15 yaşına çatmamış şəxsi kiçik tibb bacısı vəzifəsinə götürmək olarmı?

Cavab: Xeyr, olmaz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsinə əsasən, "əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız hesab edilir və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən, onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır".

Sual: İşçi neçə iş yerində əvəzçilik üzrə çalışa bilər?

Cavab: Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti müəyyən edilmiş normanın yarısından çox ola bilməz .

Sual: Əmək müqaviləsiz işçi işlətdiyi üçün işəgötürənə hansı cərimələr tətbiq oluna bilər?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, 53.1-ci maddəsinə əsasən, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda çərimə edilir.

Sual: Sertifikat nədir və həkimlərə necə verilir?

Cavab: Sertifikat - ali və ya orta tibb təhsili almış şəxslərə özəl tibbi praktika ilə və ya əmək müqaviləsinə əsasən, özəl tibb müəssisəsində tibbi fəaliyyət ilə məşğul olmaq hüququ verən rəsmi sənəddir. Özəl tibbi praktika ilə məşğul olmaq üçün zəruri olan tibbi iş stajı 5 ildən, orta tibb işçiləri üçün isə 3 ildən az olmayaraq, müəyyən edilmişdir. Sertifikat - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən, ona müraciət etmiş şəxslərə attestasiyadan keçdikdən sonra tibbi fəaliyyətin hər bir növü üzrə ayrı-ayrılıqda verilir.

Sual: Əgər şəxs ali tibb təhsilini xarici dövlətlərin birində almışdırsa, o zaman həmin şəxsin özəl tibbi praktika ilə məşğul olması üçün nə etmək lazımdır?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli qərarı ilə təsdiq edilmiş xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydalarına əsasən, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq, əgər şəxs ali tibbi təhsilini xarici dövlətlərin birində almışdırsa, o zaman həmin şəxsin özəl tibbi praktika ilə məşğul olması üçün sertifikat almazdan əvvəl təhsilini təsdiq edən sənədin Azərbaycan Respublikasında tanınması lazımdır. Daha sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, lazımi sənədlər müvafiq dövlət qurumuna təqdim edilir. Əgər təqdim edilmiş sənədlər Azərbaycan Respublikası standartlarına uyğundursa, o zaman sənədlərin sahibinə diplomun tanınması haqqında şəhadətnamə təqdim olunur.
Gördüyünüz kimi, tibb sahəsinin kadr sənədləşməsinə dair suallar çoxdur. Biz sizə yalnız az bir qismini təqdim etdik. Tibb sahəsində kadr sənədləşməsinin özəlliyini nəzərə alaraq, bildirmək istəyirik ki, bu sahəni mühasiblər deyil, yalnız lazımı səviyyədə təcrübəsi olan hüquqşünaslar həll edə bilərlər.

Kadr sənədləşməsi tibb ocaqlarının əsas istiqaməti olmadığından, bu işləri autsorsinq şirkətlərinə həvalə etmək məsləhətlidir. Autsorsinq xidmətləri bazarında ən böyük təcrübəyə malik olan şirkətlərdən biri "Business Service Centre" MMC-dir. Adətən, mühasiblərin diletant formada apardığı kadr sənədləşməsini, Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun şəkildə bizim müəssisəmizin ali təhsilli hüquqşünaslarından ibarət komandası yerinə yetirəcək.

Biz bu sahədə Sizə köməklik göstərməyə hazırıq!

"BUSİNESS SERVİCE CENTRE" LTD

Pərvanə Həsənova

Kadr işləri üzrə mütəxəssis

http://bsc.az/

https://www.facebook.com/bsc.group.ltd

“Vikipediya”da özbək dilində “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb
“Vikipediya”da özbək dilində “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı BMT-nin Uşaq Fonduna müraciət edilib
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı BMT-nin Uşaq Fonduna müraciət edilib
Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq
Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq
Loading Bars
Xəbər lenti
Mən azərbaycanlılar doğma evlərinə qayıtmağı arzulayıram - Ronaldinyodan Azərbaycana dəstək (VİDEO)
“Vikipediya”da özbək dilində “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb
Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır - Vüqar Rəhimzadə
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
İranda sutka ərzində 8 293 nəfər koronavirusa yoluxub
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı BMT-nin Uşaq Fonduna müraciət edilib
Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə telefonla danışıb
Faşizmin "yeni" tarixini yazan baş nazir - Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı
Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq
Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?
Bərdə sakinləri Azərbaycan ordusuna arxayındır - Vidadi İsayev
Döyüşlər başayandan Tərtərə 15 mindən çox mərmi düşüb
BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı
Ermənistan Göygölü raket atəşinə tutdu, meşədə yanğın başladı - FHN
29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür
Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib - MN (VİDEO)
Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq - Kamran Əliyev
29 ictimai iaşə müəssisəsinin COVİD-lə bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
BQXK-nin Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar - Hikmət Hacıyev (FOTO)
Xəstəlik ocaqlarında dezinfeksiya tədbirlərinin vaxtında aparılması vacibdir - Səhiyyə Nazirliyi
"Niyə belə edirsiz, sizin uşaqlarınız yoxdur?" - "New York Times"ın Bərdəyə hücum anından reportajı
Azərbaycan Qarabağı insanların ləyaqətlə və sülh şəraitində yanaşı yaşayacağı çiçəklənən, təhlükəsiz ərazisi kimi görür
Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
Nazir MDB dövlətlərini Ermənistanın terror hücumlarını pisləməyə çağırıb (FOTO)
Beynəlxalq aləm göz yumduqca Ermənistan terrora davam edəcək - Deputat
30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib
Ombudsman Bərdədə faktaraşdırıcı missiya keçirir (FOTO)
Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir
Ermənistan sülh istəmir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)
Bərdə faciəsi terrorçu ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır - Qafqazşünaslıq İnstitutu
Hikmət Hacıyev xarici diplomatlarla Tərtərdədir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Paşinyan, Bərdəyə raket hücumu ilə böyük səhv etdiniz - Hikmət Hacıyev
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 90-a çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından saxta məktublar göndərilir - Xəbərdarlıq
Ombudsman UNICEF-ə etiraz məktubu göndərib: Erməni terroruna göz yumulur
Azərbaycan haqq işi uğrunda mübarizəsindən dönən deyil - Naqif Həmzəyev
Təhsil Nazirliyində vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb (FOTO)
Ermənilər Laçındakı ziyarətgah və məscidləri donuz tövləsinə çeviriblər (FOTO)
Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir - MN
Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək
Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov
Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN
Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı
Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
Azərbaycan nefti ucuzlaşıb
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dünya mediasında
Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir
Ermənistan xarici diplomatların olduğu Bərdəni atəşə tutur (VİDEO)
YAP Bərdə terroru barədə dünya ictimaiyyətini e-mail məlumatlandırma aksiyasını keçirir
Tərtərə gedirik, atırlarsa atsınlar - Hikmət Hacıyev
İndiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub - RƏSMİ
Mülki insanlara hücum tapşırığı verən Ermənistan rəhbərliyi layiqli cavabını alacaq - Hərbi ekspert
Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirilib
Biz onları iti qovan kimi qovuruq - Azərbaycan Prezidentinin köməkçisi
Dövlət Miqrasiya Xidməti karantin rejiminin uzadılması ilə bağlı əcnəbilərə müraciət edib
Bərdədə baş verən bu hadisə yerli sakinləri qorxuda bilməz - İcra başçısı
Bərdədəki yaralıların 3-ü Bakıya təxliyə edilib
Dünən Bərdəyə 144 ədəd bombacıq atılıb - ANAMA
Gec-tez Ermənistan rəhbərliyi məsuliyyətə cəlb ediləcək - Kamran Əliyev (ƏLAVƏ OLUNUB) (FOTO)
Bu gün Zəngilanın işğalından 27 il ötmür
Əli Əsədov Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidentini təbrik edib
Hikmət Hacıyev və xarici diplomatlar Bərdədədir (FOTO) (ƏLAVƏ OLUNUB)
Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür - MN
Xankəndidə doğum evinin bombalanması barədə feyk (FOTO)
Baş Prokurorluq işğaldan azad olunmuş ərazilərdə zərərin müəyyən edilməsindən ötrü istintaq hərəkətləri keçirir
Sumqayıtda xüsusi əməliyyat: Külli miqdarda heroin aşkarlandı (FOTO/VİDEO)
Ermənistan hərbi əməliyyatlara KTMT-ni cəlb etməyə çalışır - Deputat
Ermənistanda daha 29 nəfər koronavirusdan öldü
Pakistan daim qardaş ölkə Azərbaycanın yanındadır- Səfir (FOTO)
Ümidsiz halda uçurumun kənarında dayanmışıq - Erməni biznesmendən Paşinyana açıq məktub
Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub (FOTO)
Makedoniyanın Beynəlxalq Vizyon Universitetindən Azərbaycana dəstək (FOTO)
“PAŞA Həyat” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqladı
Müharibədən sonra Azərbaycan öz imkanları hesabına azad edilmiş ərazisini inkişaf etdirə biləcək - İqtisadçı
Azərbaycanın zəfəri erməni faşistləri üzərində Qələbə Günü olacaq - Tarixçi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb
Düşmənin döyüş meydanında atıb qaçdığı texnika və döyüş sursatı (VİDEO)
TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsi çərçivəsində Ermənistanın mülki vətəndaşlara hücumu müzakirə olunub (VİDEO)
Azərbaycanın Bərdəyə hücumun intiqamını alacağına əminəm - İranın dini liderinin nümayəndəsi
Bərdə və Gəncədə ermənilərin törətdiyi vandalizm ABŞ azərbaycanlılarını ayağa qaldırıb (FOTO)
BQXK Bərdədə həlak olan və yaralanan könüllüləri barədə bəyanat yayıb
Erməni katolikosunun xalqını müharibəyə səsləməsi ilk dəfə deyil - Elm Tarixi İnstitutu
Bərdəyə atılan raketin qalıqları (FOTO)
“Charlie Hebdo”nun Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq - Hikmət Hacıyev
Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib - MN
Baş Prokurorluq ermənilərin Gəncə terroru barədə 6 dildə videoçarx hazırladı
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - MN
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Şabranda 29 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı
BQXK-nin könüllüsü Bərdədə humanitar yardım zamanı həlak olub - Hikmət Hacıyev
Ermənistan ordusunda qiyam baş verib
Bütün xəbərlər