...

Sığorta-pensiya sistemi iştirakçılarına xidmətin səmərəliliyi daha da artırılır

Cəmiyyət Materials 7 Dekabr 2015 14:15 (UTC +04:00)
Sığorta-pensiya sistemi iştirakçılarına xidmətin səmərəliliyi daha da artırılır.
Sığorta-pensiya sistemi iştirakçılarına xidmətin səmərəliliyi daha da artırılır

Bakı. Trend:

Sığorta-pensiya sistemi iştirakçılarına xidmətin səmərəliliyi daha da artırılır.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Fondun fəaliyyətinin bütün istiqamətləri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində sığortaedənlərlə (işəgötürənlər, digər hüquqi və fiziki şəxslər), fərdi uçotın həyata keçirilməsi sahəsində sığortaolunanlarla (işləyənlərlə), əmək pensiyası təminatı sahəsində bilavasitə pensiyaçılarla xidməti münasibətlərdə səmərəliliyin daha da artırılması məqsədilə Fondun Aparatında seminar-müşavirələr keçirilir.

Seminar-müşavilərdə müzakirələrin əsas predmetləri sığortaedənlərlə, o cümlədən sahibkarlarla işin qanunvericiliyin tələblərinə uyğun qurulması, vətəndaşların qəbulu, müraciətləri və tələblərinə həssaslıqla yanaşılması məsələləridir.

Fondun rəhbərliyi və Aparatın aparıcı şöbə müdirlərinin iştirakı ilə keçirilən seminar-müşavirələr ilkin olaraq Fondun departamentləri, Bakı şəhərinin rayon şöbələrinin rəhbər və işçilərinin iştirakı ilə təşkil olunmuşdur. Hazırda bu tədbirlər respublika üzrə Fondun digər şəhər və rayon şöbələrinin əməkdaşları da cəlb edilməklə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti