...

Dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq

Cəmiyyət Materials 8 Dekabr 2015 15:28 (UTC +04:00)
Azərbaycanda dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq.
Dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq.

Dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar olaraq, müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə olunacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Eyni zamanda xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti