...

Hava şəraitindən asılı olmayaraq, itkin düşmüş neftçilərin axtarışları davam etdirilir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Dekabr 2015 17:11 (UTC +04:00)
Bu gün günorta saatlarından başlayan külək itkin düşmüş neftçilərin axtarışlarına maneə yaratmır.
Hava şəraitindən asılı olmayaraq, itkin düşmüş neftçilərin axtarışları davam etdirilir (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bu gün günorta saatlarından başlayan külək itkin düşmüş neftçilərin axtarışlarına maneə yaratmır. Bunu Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, "Günəşli" yatağındakı qəza nəticəsində itkin düşmüş neftçilərin axtarışları hava şəraitindən asılı olmayaraq, əvvəlki qaydada davam etdirilir.

Qəza nəticəsində platformada baş vermiş yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Yanğınla bağlı yaradılmış operativ qərargahdan isə Trend-ə deyiblər ki, platformada yanğının söndürülməsi üçün hazırda gəmilərə "Boots & Coots" şirkətinin sifarişi ilə gətirilmiş avadanlıq quraşdırılır.

Avadanlıq quraşdırıldıqdan sonra şirkət yanğının söndürülməsinə qoşulacaq.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti