...

Tanınmış vəkil Elton Quliyev vəfat edib

Cəmiyyət Materials 16 Dekabr 2015 09:47 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın tanınmış vəkili Elton Quliyev dünyasını dəyişib. Trend-in məlumatına görə, uzun müddətdir xəstəlikdən əziyyət çəkən vəkil bu gün vəfat edib.

E.Quliyev 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra uzun illər daxili işlər orqanlarında çalışıb. 1977-1991-ci illərdə Bakı Şəhər Daxili İşlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.

1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti