...

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 24 Dekabr 2015 15:36 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yekdilliklə yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsinə seçilib.
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yekdilliklə yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsinə seçilib.

Trend-in məlumatına görə, bu gün Milli Gimnastika Arenasında "Azərbaycan Gimnastika Federasiyası" İctimai Birliyinin hesabat-seçki xarakterli VI Ümumi Yığıncağı keçirilir.

İclasda Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəsi müavini Altay Həsənov yenidən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.

Rauf Əliyev, Mariana Vasilyeva və Rafiq Behbudov Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Xatırladaq ki, R.Əliyev və R.Behbudov dördüncü, M.Vasilyeva isə birinci dəfədir İcraiyyə Komitəsinin üzvü seçilir.

Yığıncağın gündəliyində duran əsas məsələlər Federasiyanın hazırkı rəhbər heyətinin yenidən seçilməsi və təşkilatın Azərbaycanda gimnastikanın inkişafında gələcək fəaliyyət planıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti